Dərc edilib: 31-07-2017

https://www.nuh.az/11793-.html

Göygöldə 23 yaşlı gənc günvurmadan öldü

31.07.2017 23:36:43

Hadisə

Göygöldə 23 yaşlı oğlan günvurma nəticəsində ölüb.
 
 APA-nın verdiyi məlumata görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
 
Kənddə tikintidə çalışan Tərtər rayon Sarov kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Orxan Turan oğlu günün altında işlədikdən sonra halı pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
 
İlkin məlumata görə, O. Əliyev günvurmadan dünyasını dəyişib. Ölümün dəqiq səbəbi müayinədən sonra məlum olacaq.
 
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib