Dərc edilib: 01-08-2017

https://www.nuh.az/11810-.html

Bakıdakı dəhşətli qəza

01.08.2017 17:39:02

Hadisə

Xəbər verdiyimiz kimi bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində - Heydər Əliyev prospektində (Komsomol dairəsi adlanan yerdə) "QAZ 3110" markalı minik avtomobili ilə "Ford" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "QAZ 3110" markalı minik avtomobili yanıb və həmin maşındakı şəxslərdən biri hadisə yerindəcə vəfat edib. 15 yaşlı Kərimov Muxtar Mətləb oğlu ilə 33 yaşlı Şükürov Saleh Əmiraslan oğlu isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

 

Qaynarinfo.Az

NUH informasiya agentliyi səhifəsindən çap edilib