Dərc edilib: 01-08-2017

https://www.nuh.az/11811-.html

Nazir işdən çıxarılan başçı müavininə vəzifə verdi

01.08.2017 19:34:03

İdman

Bir müddət əvvəl Sabunçu rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunmuş Məmmədova Arzu Fikrət qızına yüksək vəzifə verilib.


BakuPost.az xəbər verir ki, Arzu Məmmədova gənclər və idman naziri Azad Rəhimovun köməkçisi təyin edilib.

Xatırladaq ki, Arzu Məmmədova uzun müddət təhsil sahəsində çalışıb. Son 5 il müddətində isə Sabunçu Rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin vəzifəsini daşıyırdı.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib