Dərc edilib: 01-08-2017

https://www.nuh.az/11812-.html

Pakistanın yeni baş naziri məlum oldu

01.08.2017 23:43:32

Siyasət

Bir neçə gün öncə korrupsiyada ittiham edilərək siyasətdən və baş nazir vəzifəsindən uzaqlaşdırılan Nəvaz Şərifin yerinə təyinat olub.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbır verir ki, baş nazir vəzifəsini keçmiş Neft və Təbii Sərvətlər naziri Şahid Abbasi icra edəcək.

Milli Məclisdə keçirilən səsvermədə Abbasinin rəqibləri müxalifətdəki Pakistan Xalq Partiyasından Syed Navid Kamar, Əakistan Ədalət Hərəkatından Şeyx Rəşid Əhməd və İslam Camaatından Sahibzadə Təriqullah olub.

Ş.Abbasi 221 səs toplayaraq baş nazir seçilib.

Qeyd edək ki, 59 yaşlı Şahid Abbasi 2008-2013-cü illərdə Ticarət naziri, 2013-cü ildən bu günə qədər isə Neft və Təbii Sərvətlər naziri işləyib.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib