Dərc edilib: 02-08-2017

https://www.nuh.az/11814-.html

Güləşçimiz erməniyə qalib gəlib dünya çempionu oldu

02.08.2017 11:54:39

İdman

Bu gün Finlandiyanın Tampere şəhərində gənclər arasında güləş üzrə dünya çempionatına start verilib.

“Qafqazinfo” xəbər verir ki, gənclərin Dünya birinciliyinin ilk günündə azərbaycanlı sərbəst güləşçi Şahin Muxtarov (50 kq) final görüşündə erməni rəqibi Karen Zurabyan üzərində 7-5 hesabı ilə qələbə qazanaraq gənclərin Dünya çempionu adına layiq görülüb.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib