Dərc edilib: 02-08-2017

https://www.nuh.az/11821-.html

Nəsli kəsilməkdə olan canlını belə öldürdülər

02.08.2017 12:59:16

Region

Alyaskada nəsli tükənmək təhlükəsi ilə olan boz balina yerli əhali tərəfindən öldürülüb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Napaskikak bölgəsində yaşayan balıqçılar tərəfindən qətlə yetirilən balina bıçaqla parça-parça edilərək sahilə çıxarılıb.

"Associated Press"in yaydığı fotolarda çoxlu bıçaq yarası almış nəhəng dəniz canlısı sahildə cansız şəkildə yatır.

Yerli əhali arasında bölüşdürülən boz balinanın öldürülməsinə görə cinayət işi açılıb və araşdırma aparılır.

 

    NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib