Dərc edilib: 02-08-2017

https://www.nuh.az/11825-.html

Türkiyə ordusuna yeni komandanlar təyin olundu

02.08.2017 16:59:44

Region

Türkiyə Silahlı Qüvvələrinin quru, dəniz və hava qüvvələrinin yeni komandanları məlum olub.

 

  "Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Ankarada keçirilən Ali Hərbi Şuranın toplantısında qoşun növlərinin komandalarının dəyişdirilməsi məsələsinə baxılıb. Generallar - Yaşar Gülər Quru Qüvvələri komandanı, Hasan Küçükyıldız Hava Qüvvələri komandanı, admiral Adnan Özbal isə Dəniz Qüvvələri komandanı təyin olunub. Qaydalara uyğun olaraq, Yaşar Gülər hazırkı Baş Qərargah rəisi Hulusi Akar təqaüdə çıxdıqdan sonra onun yerini tutacaq.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib