Dərc edilib: 03-08-2017

https://www.nuh.az/11826-.html

“Bakı Metropoliteni”nin rəisi vəfat edib

03.08.2017 12:29:28

Hadisə

“Bakı Metropoliteni”nin sabiq rəhbəri Vahid Nadirli vəfat edib.


 

APA-Economics”   xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC tərəfindən rəsmi mətbuatda yayılan elanda deyilir.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivi qurumun sabiq rəisi Vahid Nadirlinin vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə dövlət müəssisəsinin elanında qeyd edilib.

Qeyd edək ki, Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmir Yollarında başlayıb. Burada müxtəlif vəzifələrdə çalışan V. Nadirli 1987-ci ilin fevralın 21-də Bakı metrosunun rəisi təyin olunub və 1993-cü ilədək bu vəzifəni tutub. 

 

   NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib