Dərc edilib: 04-08-2017

https://www.nuh.az/11846-.html

Azərbaycanın qızıl yataqları satılıb?

04.08.2017 14:12:59

İqtisadiyyat

Azərbaycan Dövlət Neft Fondu ölkənin qızıl ehtiyatlarının hamsını satması barədə yayılan məlumatı təkzib edib.

Fonddan “Qafqazinfo”ya verilən məlumata görə, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hal-hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib. 

Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb. 

ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib