Dərc edilib: 05-08-2017

https://www.nuh.az/11854-.html

Metronun "Sahil" stansiyası bağlanır

05.08.2017 14:04:25

İqtisadiyyat

Bakı metropoliteninin "Sahil” stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacaq.


Bu barədə jurnalist və aparıcı Cavid Osmanov sosial şəbəkədə məlumat yazıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev baku.ws-ə məlumatı təsdiqləyərək, "Sahil” metro stansiyasının təmir olunacağını deyib.

Onun sözlərinə görə, bu ayın axırı metro stansiyada təmirə başlanacaq. N.Paşayev təmirin hansı müddəti əhatə edəcəyi barədə hələlik məlumat verməyib.

 

    NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib