Dərc edilib: 05-08-2017

https://www.nuh.az/11858-.html

Neft Fondunun rəhbərliyində dəyişilik edildi

05.08.2017 20:30:51

İqtisadiyyat

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyində dəyişikliklə bağlı sərəncam imzalayıb.


 Azərtac  xəbər verir ki, prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov ARDNF-nin Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.

N. Əmirov Vahid Axundovu əvəzləyib.

Qeyd edək ki, Fondun Müşahidə Şurasının sədri baş nazir Artur Rasi-zadədir. Şuranın digər üzvləri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankının sədri Elman Rüstəmovdur.

ARDNF-nin icraçı direktoru isə Şahmar Mövsümovdur.

 

     NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib