Dərc edilib: 05-08-2017

https://www.nuh.az/11860-.html

Sumqayıtda yataqxanada dəhşətli partlayış - 25 yaralı

05.08.2017 23:57:02

Hadisə

Sumqayıtda yataqxanada partlayış olub.

 Trend   xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib. Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib. Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. *** “Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Sumqayıt Təcili Yardım Xəstəxanası 25 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Həmçinin qeyd edilir ki, 1 nəfər 14 yaşlı qızın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Yanğın saat 22:20 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib