Dərc edilib: 06-08-2017

https://www.nuh.az/11864-.html

Nəvəsini öldürən nənə həbs olundu

06.08.2017 14:38:59

Hadisə

Lənkəranda 6 günlük nəvəsini öldürərək quyuya atan nənə həbs olunub.


 “Report”nun   verdiyi xəbərə görə, Lənkəran Rayon Məhkəməsində hakim Fuad Sultanovun sədrliyi ilə məhkəmə iclası keçirilib.

İstintaqın gedişində cinayəti törətməsinə ciddi əsaslar olduğu müəyyən edildiyindən öldürülən 6 günlük körpə Mələk Nuriyevanın nənəsi Atifə Nuriyevaya barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ilkin məlumatda körpənin anası övladının səhər saatlarında oğurlandığını bildirib. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Daha sonra körpənin cəsədi həyətdəki quyuda aşkar edilib.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib