Dərc edilib: 06-08-2017

https://www.nuh.az/11865-.html

Kəmaləddin Heydərov: “ Səməd, ay Səməd, adə...”

06.08.2017 14:48:37

Siyasət

 

“Ana”  mahnısına görə adam güllələyərlər ?

 

“Qaçqınkom”un  sədri  hörmətli  Əli Həsənovun nəvəsinin törətdiyi  dəhşətli avtomobil qəzasından sonra  FHN-nin şefi möhtərəm  Kəmaləddin Heydərovun qardaşı  Səmədin də adı dillərdə dastan  olub. Adamın yadına  “Axırıncı aşırım” filmində  Qəmlonun  dediyi   “Səməd, ay Səməd, adə ölmüsən..“   sözləri düşür.  Çoxları  bu qəzanı  FHN şefi üçün “Axırıncı aşırım” hesab edir. Ancaq bizə elə gəlir ki, Heydərov çox belə aşırımları aşa bilib.  Həm də reallıq odur ki, bizim məmurların biri oğlunun, o biri nəvəsinin, biri  də qardaşının güdazına düşür.

Nə isə keçək əsas məsələyə.

AFN  saytının  yazdığına görə, Kəmaləddin Heydərovun qardaşı  Səməd Heydərov  2013-cü ilin fevralın 6-da paytaxtın Zahid Xəlilov küçəsində yerləşən “Elbaro” restoranında ata-oğul   Aydın-Emin Məmmədzadələri güllələyib. Sayt  yazır ki,  Aydın Məmmədzadə həmin gün restoranda anası  üçün ad günü keçirirmiş. Məclisdə oğlanları və ailə üzvləri var imiş. Guya Məmmədzadələr ailəsi  “Ana” manhısı sifariş edib və bu Səmədin xoşuna gəlmədiyi üçün  ata-oğulu avtomatla güllələyib.

Mənbənin AFN saytına dediyinə görə Səməd həm də bahalı avtomobil və yüksək sürət düşgünüdür.

Məsələ ilə bağlı NUH.az-a danışan şəxs bildirdi ki, “Ana” mahnısına görə Səmədin ata-oğulu güllələməsi, özü də AVTOMAT-la güllələməsi  gülünc söhbətdir. Heydərovlar aiəsi, başda Kəmələddin müəllim  olmaqla musiqisevər ailədir. Mahnıya görə niyə güllələsin, axı..?

Mənbə NUH.az-a bildirdi ki, ata-oğulun güllələnməsinin daha ciddi  və şok səbəbi var. Və Səməd  təkcə avtomobil, yüksək sürət  düşgünü  deyil,  onun digər  hobbisi də var. Mənbənin dediyinə görə, hadisədən sonra ata Məmmədzadənin ayağı  amputasiya olunub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib