Dərc edilib: 06-08-2017

https://www.nuh.az/11868-.html

Almaniyadan Türkiyəyə xain zərbə

06.08.2017 15:34:06

İqtisadiyyat

Almaniya və Türkiyə arasındakı münasibətlərdə gərginlik davam edir.


"Qaynarinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin iyulun 24-də Aİ-nin yüksək dairələrinə Türkiyə ilə bağlı məktub yazdığı ortaya çıxıb. O, məktubunda Türkiyəyə qarşı daha sərt tədbirlərin görülməsini istədiklərini bildirib. Almaniyanın "Der Spiegel" dərgisinin yazdığına görə, məktubda həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeritdiyi siyasətin Avropanın dəyərlər sisteminə zidd olduğu da qeyd olunub.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər gərginləşdikdən sonra Almaniya Aİ-dən Türkiyəyə maliyyə sanksiyalarının tətbiq edilməsini tələb etmişdi.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib