Dərc edilib: 06-08-2017

https://www.nuh.az/11870-.html

Bakıda "AA" seriyalı "Lexus" piyadanı öldürdü

06.08.2017 16:31:00

Hadisə

Bakıda ağır yol qəzası baş verib.


 Lent.az   xəbər verir ki, Xəzər rayonu ərazisində - dəniz sahilinə gedən yolda 90 AA 159 dövlət qeydiyyat nişanlı "Lexus" yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzanı törədən avtomobil özəl şirkətlərdən birinə məxsusdur.

 

     NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib