Dərc edilib: 06-08-2017

https://www.nuh.az/11873-.html

İntihar edən arvadının məzarı üstündə özünü güllələdi

06.08.2017 19:16:47

Hadisə

Türkiyənin Aydın rayonunun Bozdoğan qəsəbəsində dəhşətli dəhşətli intihar hadisəsi baş verib.

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, 31 yaşlı Caner Taşkın həyat yoldaşının məzarı üstündə tüfənglə özünü vuraraq intihar edib.

Canerin həyat yoldaşı, 26 yaşlı Sevcan Taşkın isə iyulun 4-də iddialara görə Canerlə mübahisə etdikdən sonra çox sayda dərman içərək özünü öldürüb.

Hadisədən sonra Sevcanın ölümünü qəbul edə bilməyən Caner hər gün onun məzarını ziyarət edib, son ziyarətində o da intihar edib.

Cütlük 3 il evli olub.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib