Dərc edilib: 06-08-2017

https://www.nuh.az/11875-.html

Bizimkilər Bakıya gələn ərəb turistə 40 min “atıb”

06.08.2017 20:15:04

İqtisadiyyat

Birləşmiş Ərəb Əmirliklərindən Bakıya səfərə gələn turistə külli miqdarda pul “atıblar”.


Lent.az xəbər verir ki, bu günlərdə Dubaydan Bakıya gələn BƏƏ vətəndaşı, 1964-cü il təvəllüdlü Mohammad Almeri polisə şikayət ərizəsi ilə müraciət edib. O bildirib ki, Bakıya gəlmək qərarı verəndən sonra internet vasitəsi ilə buradakı turizm şirkətlərindən biri ilə əlaqə saxlayıb və Azərbaycanda tur üçün həmin şirkətin hesabına 40 min dirhəm keçirib. Lakin təyyarə ilə Bakıya gələn ərəb turisti burada qarşılayıb xidmət edən olmayıb.

Müraciət əsasında araşdırma aparılır.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib