Dərc edilib: 07-08-2017

https://www.nuh.az/11877-.html

“Sabunçu bazarı”nda mağazalar yandı - Fotolar

07.08.2017 00:17:46

Bakının Sabunçu rayonunda, Əsildar Məmmədəliyev küçəsində yerləşən ticarət mərkəzindəki yanğın baş verib.


 Report  xəbər verir ki, yanğın 200 kvadrat metr ərazini əhatəə edib.

İlkin ehtimala görə, yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması olub. Əraziyə 7 yanğınsöndürən texnikası və canlı qüvvə cəlb edilərək yanğın söndürülüb.

Hadisə nəticəsində bazarın ərazisindəki 4 kafe və 2 mağaza yanıb. Hadisə zamanı xəsarət alan olmasa da, obyekt sahiblərinə maddi ziyan dəyib. Mağazalardakı əşyalar yanaraq külə dönüb.

Faktla bağlı araşdırma aparılır.

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib