Dərc edilib: 08-08-2017

https://www.nuh.az/11895-.html

Ramin Quluzadə, bura Beynəlxalq Avtovağzaldır, yoxsa..?

08.08.2017 13:42:01

Cəmiyyət

Məlumat üçün qeyd edək ki,  Bakı  Beynəlxalq  Avtovağzal Kompleksi  ( BBAK )  vaxtilə  nəqliyyat naziri Ziya Məmmədovun  özəl obyekti olub.  Nəqliyat və Rabitə Nazirrliyi yaradılandan sonra  Avtovağzal  yeni  nazirliyin  tabeçiliyində qaldı.  Sonradan  bu kompleksin guya   Prezdent Adminstrasiyasının İşlər idarəsinə verilməsi barədə mətbuatda məlumatlar yayıldı. Ancaq hələ də bu obyektin kimə məxsus olması barədə  yuxarıda  məsələ həll  olunmayıb.  Ancaq istənilən halda Avtovağzal barədə  mətbuatda ancaq mənfi məlumatlar dərc olunur.

 

NUH.az   tanınmış   jurnalaist  İbrahim Quliyevin  öz fb səhifəsində   BBAK  barəsində yazdıqlarını  olduğu kimi dərc edir.

 

Bakıda, guya, Beynəlxalq Avtovağzal var.

Bu, əslində avtovağzaldan çox univermağa oxşayır. Rəhbərlik isə, işi elə qurub ki, vağzala daxil olmaq üçün sərnişinlər mütləq bu dükanların qabağından keçməlidir. Qalan bütün keçidləri bağlayıblar. Daha bir məqam. Bu vağzaldan beynəlxalq marşruta çıxan əksər avtobuslar sərnişinləri vağzaldan yox, Xırdalan dairəsində mağazanın arxasındakı küçədən götürürlər ki, dövlətə pul ödəməsinlər. Elə bilirsiniz bunu avtovağzal rəhbərliyi bilmir? Bilir!

Sadəcə ona da bu cür işləmək, dövlətdən pulu gizləmək sərf eləyir. Avqust ayında isə, vağzal rəhbərliyi qiymətləri kəllə-çarxa qaldırıb. Altımış manatlıq yolu sərnişinlər 140-150 manata gedirlər. Rəsmi qaydada isə, heç bir yerdə qiymət barədə məlumat verilmir... Bu, özbaşınalıq nə vaxtadək davam edəcək?

 

   NUH.az 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib