Dərc edilib: 08-08-2017

https://www.nuh.az/11897-.html

“Təsəvvür edin, yuxudan oyanırsız, Sərkisyan artıq yoxdur”

08.08.2017 15:07:03

Region

ArmenianReport

 

Ambarsum. K.

 

“ Təsəvvür edirsiz, yuxUdan oyanırsız  və görüsünüz ki , Serj Sərkisyan artıq ölkədə yoxdur. Nə isə dəyişəcəkmi?

Mənə elə gəlir məsələni çox şişirtmişik. Sərkisyanı bütün bəlalarımızın əsas səbəkarı kimi göstərmək asandı. Düzdür, o oğrudur. Oğru isə həbsxanada olmalıdı. Məhz o, Ermənistanın Qərbə inteqrasiya olmaq ümidlərini dəfn etdi. Əvəzində ölü Avrasiya İttifaqına üzv olduq, hansı ki, heç kimə lazım deyil.

Bu həmin Sərkisyandır ki, hakimiyyətdə olduğu müddətdə Ramil Səfərovun  Azərbaycana verilməsinin qarşısını ala bilməyən prezident kimi tarixə düşdü.

Bu cəmiyyətə ciddi siqnal idi- baş komandan düşmənə müqavimət göstərə bilmir.

Nəticədə aprel müharibəsini aldıq.Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Bu məğlubiyyət idi. İnsanlar onun istefasın tələb etdilər, 800 hektar torpaq və çoxlu əsgər itirmişdik.  Gənclərin ölümü Sərkisyanın ayağındadı,  başı Ermənistanı qarət etməyə  qatışdığından belə oldu.

İndi bu sual qəribə səslənsə də soruşacam- Serj Sərkisyan getdiyi təqdirdə Ermənistanda  oyun qaydalarının dəyiəcəyinə kimsə inanırmı?  Formal getməyini demirəm, prezidentlikdən baş nazirliyə keçəcəksə yenə bütün hakimiyyət öz əlində olacaq. Yox, təsəvvür edin ki,  sabah yuxudan oyanırsız və görürsünüz ki, Sərkisyan ölkədə yoxdur.

Düzdür, o hakimiyyətdən tam getməyi ağlına belə gətirmir. Qorxur ki, oğurladıqlarını əlindən alarlar. Etdiyi cinayətlərə görə qorxur.

Ancaq elə bir zəmanədə yaşayırıq ki, diktatorlar hakimiyyətlərini qəfildən itirirlər.

Dünən hamıya elə gəlirdi ki, onlar məğlubedilməzdi, bu gün gecə isə canını qaçmaqla qurtarır. Kimi Rusiyada sığınacaq tapır, kimisini də səhrada öldürürlər.

Ermənistanda görəsən nə dəyişəcək?

Rusiyaya gəlin baxaq. Kimsə inanır ki bu gün Putin hakimiyyətdən getsə,  Rusiya Krımı Ukraynaya qaytaracaq, Kreml hibrid müharibələrə son qoyacaq,  oyuncaq rejimləri dəstəkləməyəcək? Kimsə inanır ki , Rusiya  Azərbaycana yenə silah satıb Ermənistana xəyanət etməyəcək?

 

  Tərcümə etdi   İlqar Atabəyli  


NUH informasiya agentliyi səhifəsindən çap edilib