Dərc edilib: 11-08-2017

https://www.nuh.az/11923-.html

Zakir Həsənov Rusiyaya səfərə gedib

11.08.2017 13:12:46

Hadisə

Avqustun 11-də Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyaya səfərə gedib.


“Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, Z.Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskvaya yola düşüb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları - 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib