Dərc edilib: 12-08-2017

https://www.nuh.az/11932-.html

İcra başçısının xanım müavini işdən çıxarıldı

12.08.2017 09:38:49

Günün sitatı

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyeva işdən çıxarılıb. 


 Xeberle.com   verdiyi məlumata görə, Lalə Hacıyeva işdən çıxarıldıqdan sonra yeni vəzifəyə təyin edilib. Belə ki, o, hazırda H.Z.Tağıyev qəsəbəsinin icra nümayəndəsi vəzifəsini tutur. İcra başçısının müavini postu isə hələ ki, boşdur.

Qeyd edək ki, bundan əvvəl də bir neçə rayonda icra başçılarının xanım müavinləri işdən çıxarılıb.

 

 

   NUH.az

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib