Dərc edilib: 26-08-2017

https://www.nuh.az/11948-.html

Azərbaycanda 12 yaşlı qız hamilə qalıb

26.08.2017 13:31:42

Kriminal

Balakəndə 12 yaşlı qız hamilə qalıb.

Rayon hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, rayon sakini, 2005-ci il təvəllüdlü C. Ş (ad-soyad şərtidir) səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
 
Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib.
 
Dərhal bu barədə Balakən rayon Prokurorluğuna məlumat verilib.
 
Daxil olan məlumat əsasında Balakən rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanıb.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib