Dərc edilib: 26-08-2017

https://www.nuh.az/11952-.html

Nazir təyin edilən general Fazil Ələkbərov kimdir? (DOSYE)

26.08.2017 14:20:00

Siyasət

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun fərmanı ilə Fazil Nəriman oğlu Ələkbərov Muxtar Respublikasının daxili işlər naziri təyin edilib. 

"Qaynarinfo" xəbər verir ki, Fazil Ələkbərov buna qədər Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini tuturdu.O, bu posta 2015-ci ilin 18 dekabrında təyin edilmişdi. Fazil Ələkbərov DTX rəisi təyin edilməzdən əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi olub. 

Yeni daxili işlər naziri Vasif Talıbovun qudasıdır. Ali Məclis sədrinin oğlu Seymur Talıbov Fazil Ələkbərovun qızı ilə evlidir.

Prezident İlham Əliyev 2014-cü ilin 17 martında Fazil Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısı 2016-cı ilin 3 fevralında ona general-mayor ali hərbi rütbəsi verib. Fazil Ələkbərov həmin vaxt artıq Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi idi.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib