Dərc edilib: 27-08-2017

https://www.nuh.az/11964-.html

Fransız xalqı Makrondan narazıdır

27.08.2017 17:05:56

Dünya

Son araşdırmalar Fransa prezidenti Emmanuel Makronu dəstəkləyənlərin sayının 40%-ə düşdüyünü göstərir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Fransa İctimai Tədqiqat İnstitutunun araşdırması nəticəsində məlum olub ki, Makron iyul ayında 10%, avqustda isə 14% dəstəkçisini itirib. 

Araşdırmada bildirilir ki, son illərdə ilk dəfə bir prezident bu qədər dəstəkçisini qısa zamanda itirir. Bildirilir ki, vəsifəsinin icrasına başlayandan sonra keçmiş prezident François Hollandı dəstəkləyənlərin sayı 54%, Nikola Sarkozinin dəstəkçiləri isə 69% olmuşdu, Makronun tərəfdarları isə sadəcə 40%-dir. 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib