Dərc edilib: 28-08-2017

https://www.nuh.az/11974-.html

Ramil Quliyevdən daha bir medal

28.08.2017 13:36:28

İdman

Türkiyə atletika tarixinin ilk dünya çempionu olan azərbaycanlı Ramil Quliyev Berlində keçirilən ISTAF Oyunlarında gümüş medal qazanıb.


 Report  xəbər verir ki, atlet kişilər arasında 100 metr məsafəyə qaçış üzrə yarışı 10.09 saniyəlik nəticə ilə ikinci sırada tamamlayıb.

Müsabiqəni yamaykalı Julian Forte (9.91) qazanıb. Böyük britaniyalı Adam Gemili isə 10.10 saniyəlik nəticə ilə 3-cü olub.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib