Dərc edilib: 28-08-2017

https://www.nuh.az/11983-.html

“Qarabağ” braziliyalı futbolçunu icarəyə götürür

28.08.2017 23:19:16

İdman

Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək “Qarabağ” klubu heyətini gücləndirir.


“Qafqazinfo”nun məlumatına görə, Ağdam təmsilçisi Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Pedro Enrike Konzeni icarəyə götürməyə hazırlaşır.

Yaxın günlərdə tərəflər arasında müqavilənin imzalanacağı gözlənilir.

PAOK klubunun idman direktoru Lubos Miçel məlumatı təsdiqləyib. O bildirib ki, hələlik razılıq əldə olunmasa da, danışıqlar gedir.

Qeyd edək ki, daha öncə “Sürix” klubunda da oynamış braziliyalı yarımmüdafiəçi 2016-cı ildə “Renn” klubundan PAOK-a keçib. O, yunan klubunda 23 oyunda 6 qol vurub.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib