Dərc edilib: 29-08-2017

https://www.nuh.az/11988-.html

Vilyam Hacıyev də Yasamalın icra başçısı olmaq istəyir

29.08.2017 15:08:38

Siyasət

 

Yasamal  RİH-nin başçısı İbrahim Mehdiyev xeyli vaxtdır  vəzifəsindən azad edilsə də, onun kreslosu boş qalmaqda davam edir.

Son vaxtlar mətbuatda  xeyli  şəxsin adı icra başçısı olmağa namizəd kimi hallanır. Namizəd  siyahısına metropolitenin keçmiş rəisi Tağı Əhmədovun,  Mingəçevir şəhər icra hakimiyyəti başçısı Niyazı Bayramovun  (  gənclər və idman naziri Azad  Rəhimovun yaxın qohumu ), Zeynəb Xanlarovanın oğlu  Ramin Babayevin adı daxildir.

NUH.az-a daxil olan məlumata görə, Yasamal  rayonunun icra icra başçısı  olmağa namizədlər siyahısına  yenisi  əlavə olunub. Mötəbər mənbənin məlumatına görə, İmişli  Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev də boş qalan icra başçısı yerinə real  iddiaçıdır. Deyəsən, Yasamalın icra başçısı olmaq üçün hərrac keçiriləcək. 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib