Dərc edilib: 29-08-2017

https://www.nuh.az/11989-.html

Ayan MMC-də nə baş verir?

29.08.2017 17:51:40

Cəmiyyət

“Ayan” MMC –də nə baş verir ?

 

Niyə bu şirkətin 6 nəfər işçisi Bakı şəhəri Ağır Cinayətlərə dair Məhkəmədə mühakimə olunur?

Onu bəri başdan qeyd eedək ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar eyni olsa da, onlar ayrı-ayrılıqda mühakimə olunur.

Mötəbər mənbənin NUH.az-a  dediyinə görə,  dünən növbəti məhkəmə  iclası  keçirilib.  Mənbə  cinayət işinin AR CM-nin 179.3.2. (külli miqdarda mənimsəmə) maddəsi üzrə aparıldığını  bildirib. 

 Qeyd edək ki, cinayət işi Ayan MMC  (bütöv adı: Ayan MMC "QizilQuyu & БелочкА") ilə bağlı  Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə edilən  şikayəti əsasında başlanmışdır.

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib