Dərc edilib: 30-08-2017

https://www.nuh.az/11994-.html

İtkin düşmüş 5 yaşlı uşaq tapılıb

30.08.2017 10:21:33

Hadisə

 

 Məlumdur ki,  bir neçə gündür   itkin  düşmüş  5 yaşlı   qubalı  Əliyev Natiq Namiq oğlunun axtarışları  Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidmətin, Mülki müdafiə qoşunları  Quba rayon Polis Şöbəsi  tərəfindən davam etdirilirdi. 


Uşağın atası Namiq Əliyevin  dediyinə  görə,  oğlu avqustun 28-də, təxminən 17.00 radələrində itkin düşüb. Yaxınlarının xına mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxıb. Onun kameralara düşən son görüntüsündən meşə istiqamətinə hərəkət etdiyi görünür.

İndicə Quba rayonundakı mənbədən   NUH.az-a daxil  olan məlumata görə,  itkin düşmüş  5 yaşlı  Natiq Əliev tapılıb. 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib