Dərc edilib: 01-09-2017

https://www.nuh.az/12018-.html

“ABŞ-ın addımları cavabsız qalmayacaq” - Peskovdan sərt xəbərdarlıq

01.09.2017 00:54:49

Dünya

ABŞ-ın Rusiyanın San-Fransiskodakı baş konsulluğunun, eləcə də Vaşinqton və Nyu-Yorkdakı bir sıra konsulluq obyektlərininn sentyabrın 2-nə qədər bağlanmasını tələb etməsi Rusiyanı hiddətləndirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-la münasibətlərin yaxşı olmağını arzuladıqlarını və bunun bölgədə əmin-amanlıq və qlobal böhranların həlli üçün vacib olduğunu vurğulayıb.

O qeyd edib ki, rəsmi Moskva heç vaxt ikitərəfli münasibətlərdə problemi ilk yaradan tərəf olmayıb.

Peskov ABŞ-ın atdığı addımdan təəssüfləndiklərini və bunun cavabsız qalmayacağını da əlavə edib.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib