Dərc edilib: 01-09-2017

https://www.nuh.az/12023-.html

Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılındı

01.09.2017 10:29:41

Cəmiyyət

Qurban bayramı münasibətilə Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.


 “Report”   xəbər verir ki, bu gün saat 9:00-da Təzəpir və digər məscidlərdə qılınan bayram namazına yüzlərlə dindar qatılıb.

Ölkə ərazisində ilk bayram namazı saat 08:00-da paytaxtın Əjdərbəy məscidində qılınıb.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda sentyabrın 1-dən 4-dək qeyri-iş günüdür.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib