Dərc edilib: 01-09-2017

https://www.nuh.az/12026-.html

Bu il 1-ci siniflərə gedəcək şagirdlərin sayı açıqlandı

01.09.2017 15:22:50

Cəmiyyət

2017/2018-ci tədris ilində Azərbaycanda 1-ci siniflərə gedəcək şagirdlərin sayı açıqlanıb.

 

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov APA-ya bildirib ki, yeni tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 945 şagird gedəcək.

“Bu rəqəm ötən illə müqayisədə artıb. Belə ki, 2016/2017-ci tədris ilində ölkə üzrə 164 033 nəfər şagird birinci sinifə getmişdisə, 2017/2018-ci tədris ilində belə uşaqların sayı 164 945 nəfər olacaq”, - deyə C. Valehov vurğulayıb.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib