Dərc edilib: 02-09-2017

https://www.nuh.az/12029-.html

Prezident Cəlilabada səfərə gəlib

02.09.2017 15:07:09

Siyasət

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlib.

“Qafqazinfo”  xəbər verir ki, ölkə başçısı Cəlilabad şəhərindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad edib.

 Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə prezidentə məlumat verib. 

Bildirilib ki, Heydər Əliyev parkı rayon sakinlərinin istirahət üçün üz tutduqları ən çox sevilən məkanlardan biridir. Burada fəvvarələr quraşdırılıb, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Parkda sakinlərin istirahətlərinin səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.

 

   NUH.az 

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib