Dərc edilib: 04-09-2017

https://www.nuh.az/12041-.html

Qaçırılarkən qəzaya düşən qız öldü - Faciə

04.09.2017 11:34:27

Kriminal

Samuxda avtomobil su kanalına düşüb.


 Report  xəbər verir ki, hadisə axşam saatlarında Samux-Əhmədbəyli yolunda baş verib.

Qız qaçıran şəxslər “VAZ-2107” markalı avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın su kanalına düşüb. Nəticədə qaçırılan qız və daha 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılardan qaçırılan qız, 20 yaşlı Göygöl rayon sakini, Günay İsfəndiyarovanın (Ad şərtidir) vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

Samux rayonunda qaçırılan zaman avtomobil qəzasına düşən qız ölüb.

"Report"un məlumatına görə, Samux-Əhmədbəyli yolunda "VAZ-2107" markalı avtomobilin kanala düşməsi nəticəsində ağır bədən xəsarətləri alan Göygöl rayon sakini, 20 yaşlı Türkan İsgəndərova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Orada vəziyyəti daha da ağırlaşan 20 yaşlı qız "Təcili yardım" maşını ilə Gəncə şəhərində yerləşən Mərkəzi Klinikaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib