Dərc edilib: 04-09-2017

https://www.nuh.az/12045-.html

"Halal Nemət Min Bərəkət" sosiskasının içindən görün nə çıxdı - FOTOFAKT

04.09.2017 12:40:52

İqtisadiyyat

Vətəndaş sosiska aldı, onun içindən çıxan isə onu dəhşətə saldı.

 

 big.az-a şikayət ünvanlayan Rəhim İsmayılov halal olduğuna inanaraq "Halal Nemət Min Bərəkət" şirkətinə məxsus sosis alıb, lakin evə apardıqdan sonra sosisin içindən çıxanlar onu dəhşətə gətirib.

Belə ki, o sosisi kəsərkən onun içindən siçan nəcisi çıxıb: "Mən dünən yaxınlıqdakı mağazadan sosiska aldım. Halal olduğu üçün aldım gətirdim evə. Lakin kəsəndə gördüm ki, içindən siçan nəcisi çıxdı. Bu iyrənclik başqa bir insanın qarşısına çısa görməzdən gələ bilərdi. Bəs belə iyrəncliyi mənim hamilə həyat yoldaşım görsəydi, bilmədən yesəydi kim cavabdeh olacaqdı? Bu nə iyrənclikdir? Bu hadisə sərt şəkildə qınanmalıdır, şirkət rəhbərləri də bu hadisədən dərs çıxartmalıdır. Sosiska hələ də məndədir. Əgər şirkət bunu araşdırmaq istəsə təqdim edə bilərəm".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 


ŞOK! "Halal Nemət Min Bərəkət" sosiskasının içindən görün nə çıxdı - FOTOFAKT

NUH informasiya agentliyi səhifəsindən çap edilib