Dərc edilib: 04-09-2017

https://www.nuh.az/12054-.html

Sahil stansiyası nə üçün 1 il müddətinə təmirə dayandı? ŞOK

04.09.2017 19:02:16

Cəmiyyət

Bakının ən çox istifadə edilən metro stansiyalarından biri olan Sahil stansiyasının 1 il  müddətinə  təmirə dayanmasının yüz minlərlə şəhər sakininə ciddi problem yaradacağı  bəllidir. Stansiyanın  bağlanması onsuz da “xroniki probka”ya  yoluxmuş paytaxtımız üçün əlavə problemlər yaradacaq.  Bütün bunlar öz yerində. Amma stansiyanın  1 il, bəlkə də daha artıq  müddətə  təmirə dayanması  istər-istəməz müəyyən  suallar doğurur.

 

Şəhər  sakinləri bilir ki, bugünədək müxtəlif metro satansiyaları  qısa müddətli ( 5-10 gün, lap  1 ay ) təmirə dayanması olub. Ancaq  stansiyanın 1 il müddətinə təmirə dayanmasının ciddi səbəbi olmalıdır.

NUH.az-a daxil olan məlumata görə, Sahil stansiyasının düz üstündə tikilən yüksəkmərtəbəli  Sahil-İnci binası stansıya üçün  ciddi prpoblemlər yaradıb. Və bu səbəbdən də stansiya uzunmüddətli təmirə dayanmağa məcbur olub.

Mənbənin məlumatına görə stansiyanın düz üstündə tikilən göydələnin ciddi prpoblemlər yaradacağı əvvəlcədən bəlli olsa da  bəzi məmurların təzyiqindən sonra tikintiyə icazə verilib. Və hətta Metropolitenin rəisi Tağı Əhmədov həmin binada 4 otaqlı mənzillə mükafatlandırılıb. Ümumiyyətlə, bu binanın ekspertizası, təhlükə risqi nəzərə alınıbmı? Buna görə məsuliyyəti kim(lər) üzərinə götürüb?

Bütün bu suallara  obyektiv cavab tapmaq üçün  qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib