Dərc edilib: 05-09-2017

https://www.nuh.az/12056-.html

Prezident 3 məktəbə baş çəkib

05.09.2017 12:24:02

Siyasət

Sentyabrın 5-də prezident İlham Əliyev Bakının Nizami rayonundakı şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseydə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.


 AzərTac   xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. 

Prezident məktəb-liseydə yaradılan “Sağlam təhsil” sinifləri ilə də tanış olub.

***

Bundan başqa, Bakının Nizami rayonundakı 10 saylı tam orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 5-də açılışı olub.

Prezident İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

***

Bakının Nizami rayonundakı 201 saylı tam orta məktəbin müəllim və şagird kollektivi yeni dərs ilində tədris prosesini əsaslı surətdə bərpa edilən və yenidən qurulan binada davam etdirəcəklər.

Bu gün prezident İlham Əliyev bu təhsil ocağında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib