Dərc edilib: 05-09-2017

https://www.nuh.az/12070-.html

MOVİDA PLAZA şadlıq sarayında 2 saatdır işıqlar sönüb

05.09.2017 20:19:30

Hadisə

 İndicə  NUH.az-a daxil olan məlumata görə, MOVİDA PLAZA  şadlıq sarayının 4 zalında işıqlar söndürülüb.

Toy sahibləri  şadlıq sarayının sahibindən bu biabırçılığa son qoymağı  tələb ediblər.

Ancaq  saat 18-30-dan  19-00-dək işıqları yandırmaq mümkün olmayıb.

Hazırda  şadlıq sarayında  xaos hökm sürür. Toy sahiblərindən birinin NUH.az-a  dediyinə görə, şadlıq sarayının  Azərİşığa böyük miqdarda borcu var.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün şadlıq sarayının saytında qeyd olunan  050-210-38-69 nömrəsinə zəng etsək də cavab verən olmadı.

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib