Dərc edilib: 05-09-2017

https://www.nuh.az/12071-.html

BMT-dən Myanmadakı müsəlmanlarla bağlı vacib açıqlama

05.09.2017 23:45:40

LIVE

BMT-nin baş katibi Antonio Quterreş Myanmada Arakan müsəlmanlarına edilən zülmlə bağlı narahatlığını dilə gətirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Quterreş Myanmada etnik təmizləmə riskinin olduğunu və vəziyyətin o həddə çatmayacağına ümid etdiyini söyləyib:

“Myanmada edilən işgəncələr radikalizmi daha da artıracaq. 125 minə yaxın insan Banqladeşə qaçıb. Çox insan yolda dünyasını dəyişib. Mövcud vəziyyətlə bağlı narahatlığım və atılmasını tövsiyyə etdiyim addımlarla bağlı BMT Təhlükəsizlik Şurasına məktub göndərmişəm”.

Baş katib beynəlxalq ictimaiyyəti də Myanmadakı böhranın həlli istiqamətində birlikdə addım atmağa çağırıb:

“Myanmalı rəsmilər yardıma möhtac olan insanlara humanitar yardımların çatdırılmasına şərait yaratmalıdırlar. Arakandakı müsəlmanlara vətəndaşlıq verilməli, işləmələrinə imkan yaradılmalı və onlar digər xidmətlərdən faydalanmalıdırlar”.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib