Dərc edilib: 06-09-2017

https://www.nuh.az/12073-.html

Peşə məktəbində oxuyanlara şad xəbər - Maaş alacaqsınız

06.09.2017 10:34:03

İqtisadiyyat

Peşə-ixtisas məktəblərində təhsil alan tələbələrə təqaüd və təcrübə keçdiyi müddətdə maaş veriləcək.


 Xəzərxəbər-in  məlumatına görə, yeni hazırlanan "peşə təhsili haqqında" qanun layihəsində bu, əsas müddəalardan biridir.

Bütün bunlar əmək bazarında tələbatı ödəməyə və rəqabət qabiliyyətini artırmağa yönəlib.

Qanun layihəsinin hazirlanmasinda məqsəd ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunu artırmaq, eləcə də, əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaqdır. Bununla yanaşı, yeni qanun həm özəl, həm də dövlət sektoru üçün yeni perspektivlər açacaq.

"Peşə təhsili haqqında" qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb. Qanun layihəsində "təhsil haqqında" qanunda əks olunan məsələlər - peşə təhsili müəssisələrinə qəbul qaydaları, yaş həddi, idarəetmə və işəgötürənlərlə əməkdaşlıq kimi məsələlər yer alıb. İndiyədək Azərbaycanda belə bir qanun olmayıb.

Məsələnin parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib