Dərc edilib: 06-09-2017

https://www.nuh.az/12082-.html

Dövlətin partiyalara ayırdığı pullar hara xərclənir?

06.09.2017 17:16:10

Maraqlı

Artıq bir neçə ildir dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi məqsədi ilə vəsait ayrılır və həmin məbləğ partalentdə təmsil olunun partiyalar arasında bölünür.

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünməlidir. Lakin parlamentə düşə bilməyən partiyalar 3 faizlik həddi keçə bilmədiyi üçün bu məbləğ bölünməmiş qalır.

Büdcədən ayrılan vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

2016-cı ilin hesabatlarına əsasən dövlət büdcəsindən Milli Məclisdə 1 deputatla təmsil olunan siyasi partiyaya bərabər olaraq təxminən 98 min manat (98214.28), 2 deputatla təmsil olunanlara isə təxminən 113 min manat (113095.24) vəsait ayrılıb. Siyasi partiyaların 2016-cı ildə MSK-ya təqdim etdiyi hesabata görə olan mənfəət və zərərləri bu şəkildə olub.

Son statistikaya görə, parlamentdə təmsil olunan siyasi partiyalar aşağıdakı məbləğdə vəsait əldə edə bilib:

1. Yeni Azərbaycan partiyası - illik gəliri 7736860 AZN (6596979 AZN üzvlük haqlarından əldə edilib, 1139881 AZN isə dövlət büdcəsindən ayrılıb); xərclər 6373631 AZN; 1363229 AZN mənfəəti olub.

2. Ana Vətən Partiyası - illik gəliri 113095.24 AZN (vəsaitin hamısı dövlət büdcəsindən ayrılıb), xərclər 114641.61 AZN; 1546.37 AZN zərər edib.

3. Vətandaş Həmrəyliyi Partiyası - illik gəliri 113095.24 AZN (vəsaitin hamısı dövlət büdcəsindən ayrılıb), xərclər 117930.64 AZN; 3171.61 AZN zərər edib.

4. Böyük Quruluş Partiyası - illik gəliri 98605.29 AZN (391 AZN üzvlük haqlarından əldə olunub, 98214,28 AZN isə dövlət büdcəsindən ayrılıb), xərclər 98649.69 AZN; 44.40 AZN zərər edib.

5. Azərbaycan Sosial Demokrat Partiyası - illik gəliri 98214.28 AZN (vəsaitin hamısı dövlət büdcəsindən ayrılıb), xərclər 98032.15 AZN; 182.13 AZN mənfəət əldə edib.

6. Milli Dirçəliş Hərəkatı Partiyası - illik gəliri 121214.28 AZN (23000 AZN borcun və ya kreditin alınmasından əldə edilib, 98214.28 AZN isə dövlət büdcəsindən ayrılıb); xərclər 120308.47 AZN; 905.81 AZN mənfəəti olub.

7. Azərbaycan Demokrtik Maarifçilik Pariyası - illik gəliri 98214.29 AZN (digər partiyalarla nisbətdə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 1 qəpik artıq olub), xərclər 98210.58 AZN; 3.71 AZN mənfəəti olub.

8. Azərbaycan Sosial Rifah Partiyası - illik gəliri Azərbaycan Demokrtik Maarifçilik Pariyasında olduğu kimi 1 qəpik artıq olmaqla 98214.29 AZN (vəsaitin hamısı dövlət büdcəsindən ayrılıb); xərclər 98207,96 AZN; 6.33 AZN mənfəəti olub.

*. Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası - illik gəliri 102432.28 AZN (4218 AZN ianə şəklində əldə edilib, 98214.28 AZN isə dövlət büdcəsindən ayrılıb); xərclər 102432.28 AZN; qazanc və ya zərəri olmayıb.

10. Azərbaycan Demokratik İslahatlar Partiyası - illik gəliri 98214.28 AZN (vəsaitin hamısı dövlət büdcəsindən ayrılıb); xərclər 98275.92; 61.64 AZN zərər edib.

Vətəndaş Birliyi Partiyası Milli Məclisdə millət vəkili Sabir Hacıyevin timsalında təmsil olunsa da, partiyanın 2016-cı ildə MSK-ya təqdim etdiyi hesabatda gəlir və xərclərinin olmadığı qeyd edilib. Halbuki, partiyanın illik gəliri ən azından 98214.28 AZN olmalı idi. Məsələ ilə bağlı Sabir Hacıyevlə əlaqə saxladıq, lakin xaricdə tədbirdə olduğundan, danışa bilmədiyini qeyd etdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib