Dərc edilib: 06-09-2017

https://www.nuh.az/12084-.html

Vətəndaş DYP ilə bağlı nazir Ramil Usubova müraciət etdi

06.09.2017 19:00:23

Hadisə

 

Zəngilan  rayonundan olan və hazırda  Sabunçu rayonu Ramana qəsəbəsində  kirayədə qalan məcburi köçkün Kamil Məhərrəmov  redaksiyamıza müraciət edərək bildirdi ki, özünə  məxsus avtomobillə yük daşıyaraq çətinliklə olsa da ailə üzvlərini dolandırır.

K.Məhərrəmovun sözlərinə görə, bu gün, yəni 06.09.2017-ci il tarixdə  saat 07-40 radələrində Aeroport yolunda Binə atçılığın yanında Bakı şəhər DYP-ə məxsus 471 saylı polis maşınında olan  DYP əməkdaşları onu qanunsuz olaraq saxlayıb  və sənədlərini alaraq qaytarmayıblar. DYP əməkdaşları ona  gözləməsini desələr də sonradan çıxıb gediblər.

K.Məhərrəmov əməkdaşımıza bildirib ki, neçə illərdir ki, ölkədə keçirilən prezident  seçkilərində yaxından iştirak edib, ölkə başçısının siyasətinə dəstək verib və öz imkanları hesabına təmənnasız təbliğat aparıb. Və ümid edir ki, ölkə başçısı da bir vətəndaş olaraq onun pozulmuş hüquqlarını  qorumalıdır.     

Sonda K.Məhərrəmov cənab daxili işlər naziri Ramil Usubovdan xahiş edir ki, DYP əməkdaşlarının qanunsuz əməllərinə və məsuliyyətsizliyinə son qoyulsun.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib