Dərc edilib: 07-09-2017

https://www.nuh.az/12085-.html

Dövlət məmuru avtomobil qəzasında öldü

07.09.2017 00:34:49

LIVE

Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı vəzifəli şəxs ölüb. 


 “Report”un   verdiyi məlumata görə, “Hyundai” markalı 51-BE-382 dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan iki nəfər ölüb. Ölənlərdən birinin Gəncə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru, rayonun İnstitut qəsəbəsinin sakini, 1958-ci il təvəllüdlü İlqar Zeynal oğlu Zeynalov olduğu bildirilir.

Qəza nəticəsində ölən digər şəxs isə onun qonşusu Mahir Məmmədzadə olub.

 

     NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib