Dərc edilib: 07-09-2017

https://www.nuh.az/12088-.html

Kataloniya referenduma hazırlaşır - Parlament təsdiqlədi

07.09.2017 10:09:25

Dünya

Kataloniya parlamenti oktyabrın 1-də muxtar vilayətin müstəqilliyi üçün referendumun keçirilməsi ilə bağlı qanunu qəbul edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İspaniya hökuməti xalq səsverməsini qanunsuz adlandırıb və buna yol verməyəcəyinə vəd verib.

Kataloniya parlamenti bundan əvvəl rəsmi Madridin referendumun keçirilməsinə yox deyəcəyi təqdirdə dərhal müstəqilliyin elan edilməsi haqqında sənəd hazırlayıb.

Qeyd edək ki, Kataloniya İspaniyanın şimal-şərqində yerləşən muxtariyyət vilayətdir. 2016-cı ilin sentyabrın sonunda Kataloniya parlamenti İspaniyanın tərkibindən çıxmaq üçün referendumun keçirilməsi barədə qətnamə qəbul edib, lakin konstitusiya məhkəməsi bu qanunun fəaliyyətini ləğv edib.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib