Dərc edilib: 10-09-2017

https://www.nuh.az/12121-.html

Nisə Qasımovadan acı etiraf: Şou-biznesdə şeytan insanı aldadır

10.09.2017 13:30:21

Maqazin

“Çox duet təklifi alıram. Amma hər təklifi qəbul etmirəm. Mənim üçün tərəf müqabilinin yaraşıqlı olması önəmli deyil. Oxuyacağımız mahnı mənimlə onun arasında bir bağı göstərməlidir. Bu insanlara mesaj olmalıdır. O tərəf müqabilin tapsam, duet oxuyacam”.


Axşam.az   xəbər verir ki, bu sözləri xalq artisti Nisə Qasımova “Lider maqazin”ə açıqlamasında deyib. 

Müğənni şou-biznesə gəlməkdən peşman olduğunu söyləyib: “Kaş müğənni olmazdım. Məsuliyyətli peşədir. Burada şeytan insanı aldadır, insanın nəfsi ilə oynayırlar. Eh ötən, ömrümdən gedən illər... Həyat mübarizə deməkdir. Bu mübarizədə hər zaman varam. Allah məni dedi-qodulardan, qalmaqaldan uzaq eləsin. Sənətlə bağlı “kaşlarım” çoxdur”.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib