Dərc edilib: 11-09-2017

https://www.nuh.az/12127-.html

Prezident Lapşini əfv etdi

11.09.2017 15:01:52

Hadisə

Prezident İlham Əliyev Lapşinlə bağlı sərəncam verib.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda bildirilir:

1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.

Xatırladaq ki, A.Lapşin Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. 

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib