Dərc edilib: 11-09-2017

https://www.nuh.az/12129-.html

Lütfi Zadə harada dəfn olunacaq? - Məzarı 3 gün əvvəl qazılıb

11.09.2017 15:49:14

Region

Görkəmli azərbaycanlı alim Lütfi Zadənin Bakıda dəfn olunacağı yer məlum olub.
 

APA  xəbər verir ki, Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq.
 
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən APA-ya bildirilib ki, Lütfi Zadənin məzarı 3 gün əvvəl qazılıb.
 
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, Lütfi Zadənin nəşi bu həftə ərzində Bakıya gətiriləcək və onunla dövlət səviyyəsində vida mərasimi təşkil olunacaq.
 
Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə sentyabrın 6-da ABŞ-da vəfat edib.

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib