Dərc edilib: 15-09-2017

https://www.nuh.az/12160-.html

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanı müzakirə edəcək

15.09.2017 11:01:41

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası bu gün Şimali Koreyanın son raket sınağını müzakirə edəcək.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, müzakirə tələbi ABŞ və Yaponiyadan gəlib. Görüş Bakı vaxtı ilə saat 23.00-da gerçəkləşəcək. 

Qeyd edək ki, Şimali Koreya gecə saatlarında ballistik raket sınağı həyata keçirib. Raket Yaponiyanın Hokkaydo adası üzərindən keçərək Sakit okeana eniş edib. Bu, ölkənin böyük səs-küyə səbəb olan hidrogen bombası sınağından sonra ölkələri növbəti dəfə narahat edib.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib